Xalq artisti Mələkxanım Eyubova səhhəti haqqında yayılan məlumata aydınlıq gətirib.
Xanəndə Qaynarinfo-ya açıqlamasında səhhəti ilə bağlı hər hansı bir problem yaşamadığını bildirib.
"Bu çəkiliş hardasa bir il əvvəl olub. Reklam xarakterli verilişdir. Sual verdilər ki, haranız ağrıyır, dedim, heç bir problemim yoxdur. Sənət adamıyam, bütün günü səhnə, məşq, ayaq üstə çox qalıram, üstəlik də hündür ayaqqabılar geyinirik. Belə olanda hər bir adamın beli ağrıyar. Bu da təbii haldır, amma mənim ciddi bir problemim yoxdur”, deyə Mələkxanım Eyubova qeyd edib.
Sənətçi idmanla məşğul olduğunu vurğulayıb:
"İdman sağlamlıqdır. Mən özümə baxan qadınam. Üzgüçülüyə gedirəm, kök də deyiləm ki, ağırlıq olsun, görnüşümə nəzarət edən xanımam”.
Qeyd edək ki, mətbuatda Xalq artisti Mələkxanım Eyubovanın osteoxondroz xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Hətta həkimlər ona əməliyyat tövsiyə etsələr də, xanəndə onunla razılaşmayıb.
Bahar Rüstəmli
Şərhlər