Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.
Qaynarinfo olay-a istinadən xəbər verir ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb: "Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir".
Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib: "Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".
Qeyd edək ki, cütlüyün bir qız, bir oğlan övladı var.
Şərhlər