Xəbər lenti

Media: Avropa komissarı Aİ Şurasına rəhbərlik etmək istəyir
Dünya 13:00 08.01.2024

Media: Avropa komissarı Aİ Şurasına rəhbərlik etmək istəyir

Avropa komissarı Didye Reynders Avropa İttifaqı Şurasının növbəti rəhbəri olmağa ümid edir.

Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Belçika mətbuatı, həmçinin "Politico” yazıb.

Belçikalı Reynders daha əvvəl növbəti Avropa Komissiyasında qalmaqda maraqlı olduğunu bildirib.

Lakin Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel bu yaxınlarda elan edib ki, iyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində Reyndersin də üzvü olduğu İslahat Hərəkatı partiyasından iştirak edəcək.

Mişelin namizədliyi Reyndersi Avropa Komissiyasındakı vəzifəsində qalmaq şansından məhrum etmək riski daşıyır.

Reynders indi ümid edir ki, Belçika hökuməti bu həftə onu rəsmi olaraq Avropa İttifaqı Şurasına sədrliyə namizəd göstərəcək.

Belçika rəsmisinin sözlərinə görə, bunun baş vermə şansı çox yüksəkdir.

Belçika siyasətində Mişel və Reynders 2010-cu ildə Reyndersin siyasi qüvvənin liderliyindən uzaqlaşdırılması ilə nəticələnən İslahat Hərəkatı partiyasına nəzarət üzərində uzun müddət davam edən çəkişmələri ilə tanınırlar.

"Ola bilsin ki, Şarl Mişel Reyndersin (Avropa Şurasında) növbəti beş il ərzində onu yoldan çıxarmaq şansı əldə etməsini israr etsin", - deyə anonimlik şərti ilə danışan partiya sözçüsü bildirib.

Avropa Şurasının hazırkı Baş katibi 2019-cu ildə beş illik mandatına başlayan Mariya Peyçinoviç-Buriçdir.

Reynders də bu vəzifəyə rəsmi namizəd olsa da, Xorvatiya təmsilçisinə uduzub.

Avropa Şurası qərargahı Fransada yerləşən beynəlxalq təşkilatdır və qurumların bir hissəsi deyil. Avropa Şurası cinayətlərin qarşısının alınması, narkomaniya, ətraf mühitin mühafizəsi, bioetika və miqrasiya kimi məsələlərə baxır.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2024-cü ilin "demokratiya üçün əsas il” olduğunu, çünki Avropa Parlamentinə seçkilər qitənin üzləşdiyi ciddi problemlər, ilk növbədə Rusiyanın Ukraynaya təcavüzü fonunda baş tutacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->