"Müşahidə missiyasında üzv ölkələrdən 160 nümayəndə iştirak edib. Missiyaya məlum səbəblərə görə, Ermənistan, Ukrayna və Moldova nümayəndələri daxil edilməyib”.
APA xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O, seçki zamanı müşahidələri ilə bağlı fikirlərini bölüşüb: "Seçici aktivliyi var idi, səs vermək üçün növbələr yaranmışdı, təşkilatçılar tərəfindən bütün proses səriştəli təşkil edilmişdi. Biz seçkilərin yaxşı səviyyədə keçirildiyini müşahidə etdik. Seçkilər yüksək səviyyədə təşkil edilmişdi.
Daha bir müşahidəm ondan ibarətdir ki, insanlar seçkiyə çox həvəsli idi. Seçkilərdə iştirak edən hər namizəd daha əvvəllər prezident seçkilərində iştirak edən səriştəli insanlar idi. Adi insanlar prezidentliyə namizədliyini verməmişdi. Azərbaycanda keçirilən bu seçkilərin rəqabətədavamlılığı təqdirəlayiqdir. Bütün namizədlərə öz proqramları, öz qeydləri ilə təşviqat aparmaq üçün bütün imkanlar verilmişdi”.
Şərhlər