Mariupolda Rusiya hakimiyyətinin təyin etdiyi şəhər polis idarəsinin rəisinə sui-qəsd olub.
Qaynarinfo xəbər verir ki, TASS-ın qondarma "DXR”-in güc strukturlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Mixail Moskvinin maşını ondan bir neçə metr aralıda
partlayıb.
"Mariupol müqaviməti işğal olunmuş Mariupolda yüksək səviyyəli hərbçilərdən birinin avtomobilini partladıb. Təfərrüatlar gələcək”, - Ukraynanın Mariupol meri Vadim Boyçenko təsdiqləyib.
Agentliyin mənbəsinin sözlərinə görə, Moskvin yüngül beyin silkələnməsi alıb, lakin onun həyatına heç bir təhlükə yoxdur. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədənləri müəyyənləşdirməyə çalışırlar.
UNİAN agentliyinin məlumatına görə, insident səhər saat 8:07-də Mariupolun Primorski rayonundakı Baxçıvancı bazarının yaxınlığında baş verib. İlkin məlumatlara görə, bomba Moskvinin maşınına qoyulub.
Nizami Bağırov
Şərhlər