Xəbər lenti

Mariupolda əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub
Dünya 16:44 08.05.2022

Mariupolda əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub

Ukraynanın Mariupol şəhərində əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Azov alayının kəşfiyyatçısı İlya Samoylenko mətbuata açıqlamasında deyib.

Samoylenko, həmçinin Mariupolda Rusiya tərəfinin itkiləri barədə məlumat verib. Belə ki, 2 500-dən çox Rusiya hərbçisi ölüb, daha 5 min nəfər yaralanıb.

"Biz 60-dan çox tankı məhv etdik. Bu, onların ölkə üzrə itkilərinin 10%-dən çoxdur. Zirehli transportyorlar, artilleriya sistemləri ilə bağlı vəziyyət eynidir. Rusiyadan gələn bütün bombardmanların təxminən 50%-i Mariupolun payına düşür”, - kəşfiyyatçı bildirib.

O, qeyd edib ki, Azov alayı ən yaxşı və effektiv taktikaları araşdırmaq üçün 2014-cü ildən hərbi əməliyyatları təhlil edir.

"Buna görə də biz Mariupolu uzun müddətdir saxlayırıq”, - Samoylenko vurğulayıb.

Bundan əvvəl baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib ki, Azovstaldan bütün qadın, uşaq və qocalar təxliyə edilib.

Qeyd edək ki, Ukrayna və Rusiya mayın 5-dən 7-nə kimi Azovstalda atəşkəs barədə razılığa gəliblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->