Müğənni Manaf Ağayev Füzuli şəhərində ad günü ilə əlaqədar onu müşayiət edən maşın karvanına aydınlıq gətirib.
Sənətçi Qaynarinfo-ya açıqlamasında maşın sahiblərinin dostları olduğunu bildirib:
"Hamısı məni qarşılamağa gəlib. Kim nə istəyir yazsın, ürəkləri götürmür də, mən nə edim. Kimin ürəyi götürmürsə özü bilər, baxmasın”.
Manaf Ağayev 60 illik yubileyini doğulduğu torpağında keçirəcəyini qeyd edib:
"Tədbir açıq havada olacaq. Kim istəyir gələ bilər”.
Bahar Rüstəmli
Şərhlər