Xəbər lenti

“Lukoyl”un qurbağa zəhəri, xoruz qanı içən keçmiş baş meneceri öldü  (FOTO)
Dünya 11:01 10.05.2022

“Lukoyl”un qurbağa zəhəri, xoruz qanı içən keçmiş baş meneceri öldü  (FOTO)

Rusiyanın neft nəhəngi "Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotin Moskvada iştirak etdiyi şaman ritualı zamanı dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, "Lukoyl”un keçmiş baş menecerlərindən biri, milyarder Aleksandr Subbotin Moskvanın Mitiş rayonunda keçirilən şaman ritualında "alternativ təbabət” adı altında qurbağa zəhəri və xoruz qanından istifadə edib.

Aleksandr Subbotin ritualdan sonra özünü yaxşı hiss etməyib. Ancaq onlar həkim briqadasını çağırmayıb və "Korvalol” adlı bitki mənşəli dərmanla xəstəni sağaltmağa çalışıblar.

Qeyd edək ki, əvvəl "Lukoyl”un direktorlar şurasının üzvü olan Subbotin daha sonra "Novaya Transportnaya Kompaniya” logistika şirkətinin rəhbəri olub.
 
Günay
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->