Xəbər lenti

Krımı geri almaq Donbası geri almaqdan qat-qat asan olacaq - Budanov
Dünya 16:50 07.08.2024

Krımı geri almaq Donbası geri almaqdan qat-qat asan olacaq - Budanov

Yarımadaya iki əsas giriş nöqtəsi (Krım körpüsü və Perekopsk keçidi) səbəbindən Rusiya qoşunlarını Krımdan çıxarmaq Donbasdan daha asan olacaq.

Qaynarinfo "Forbes”ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

"Hərbi nöqteyi-nəzərdən Krımı geri almaq 1000 km-dən çox cəbhəsi və 200 km-dən çox dərinliyi olan Donbasdan daha asandır. Krıma iki giriş nöqtəsi var - Rusiya tərəfdən və bizim tərəfdən: Krım körpüsü və quru keçid. Yenidən azad edilməsi məsələsi bizim cəbhə əməliyyatlarımızdır: Rusiya tərəfində - kommunikasiyanı məhv etməklə, bizim tərəfimizdə - təzyiqlə. Və bununla Krım təcrid olunur”, - Budanov deyir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin dediyi kimi, Rusiya əhalisinin "ələ keçilməz Krım”la bağlı sevimli mifi var. Lakin Budanovun sözlərinə görə, tarix göstərir ki, Krım bir çox hərbi münaqişələr zamanı bir neçə dəfə işğal edilib və yarımadaya sahib çıxmaq istəyən dövlətlər adətən bu məqsədə nail olublar.
Budanovun sözlərinə görə, qoşunları Krımda olan istənilən təcavüzkarın əsas problemi həmişə Perekopsk keçidini saxlaya bilməməsi olub, onun itirilməsi dərhal müdafiənin sürətlə dağılmasına gətirib çıxarıb.

"Mən Krıma girəcəyimizi deyəndə, biz artıq ora giririk”, - Baş Kəşfiyyat İdarəsinin rəisi yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->