Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Meksikanın Kito şəhərində yerləşən səfirliyindən sığınacaq istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, əvvəllər korrupsiyada təqsirli bilinib.
"17 dekabr 2023-cü ildə Xorxe Qlas Espinel öz təhlükəsizliyi və şəxsi azadlığından qorxaraq Meksikanın Kitodakı səfirliyinə qəbul və mühafizə xahişi ilə gəlib”, - Meksika Xarici İşlər Nazirliyinin X (keçmiş Twitter) səhifəsində deyilir.
Vitse-prezident siyasi sığınacaq tələbini rəsmiləşdirərsə, Meksika hakimiyyəti onun ərizəsini öyrənəcək.
Bu gün səhər saatlarında Ekvador Xarici İşlər Nazirliyi Meksika hakimiyyətinə Ekvadorun keçmiş vitse-prezidentinin korrupsiya ilə bağlı cinayət işi üzrə ekstradisiyasına sorğu göndərib. Eyni zamanda, Xorxe Qlas qanunsuz varlanma üçün yaradılmış cinayətkar birliyin təşkilinə görə artıq cəza çəkib (2017-2022).
Xatırladaq ki, dekabrın 1-də Ekvadorun hazırkı prezidenti Gilyermo Lasso da korrupsiyada ittiham olunub. İstintaqın məlumatına görə, o, FLOPEC korrupsiya sxeminin iştirakçısı olub və bu sxemi onun kürəkəni, biznesmen Danilo Karrera, həmçinin mafiya və narkotik biznesi ilə əlaqəli tərəfdaşı idarə edib. Eyni zamanda, Ekvador konstitusiyasına görə, onun dövlət vəzifələrində işləməsini qadağan etmək mümkün deyil.
Nizami Bağırov
Şərhlər