Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınan iranlı iş adamı Mənüçöhr Əhədpur və ona məxsus "Az Varvara" şirkəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı "Mingəçevir Balıq" Açıq Səhmdar Cəmiyyətidir (ASC).
ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib.
Mənüçöhr Əhədpur uzun müddətdir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur. Onun təmsil etdiyi bir sıra şirkətlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Bu baxımdan, Əhədpur həm də nazirin biznes ortağı kimi tanınır.
"Az Varvara” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, K.Hüseynov, ev 26A ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Hicran Vidadi qızıdır. Ondan əvvəl isə şirkətin qanuni təmsilçisi Mənüçöhr Əhədpur olub.
Şirkət balıqçılıq sahəsində fəaliyyət göstərir.
Seyid
Şərhlər