"Bu sammitin əsas məqsədlərdən biri Rusiyaya növbəti təzyiq mexanizminin yaradılmasına nail olmaqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri iyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sqlh sammitinib məqsədləri barədə danışarkən deyib.
Natiq Miri bildirib ki, münaqişəni həll etmək üçün keçiriləcək tədbirə ən azından münaqişə tərəfləri olan dövlətlərin nümayəndələri dəvət olunmalıdır:
”Ancaq Rusiya rəsmi olaraq bura dəvət olunmayıb. Moskvanın iştirak etmədiyi tədbirdə hazırlanan yol xətirəsi heç nəyə yaramayacaq. Ona görə də bu tədbirdə konkret nəticələrdən ə danışmaq doğru deyil. Bu sammitdə əsas məqsədlərdən biri Rusiyaya növbəti təzyiq mexanizminin yaradılmasıdır”.
Həmsöhbətimiz deyib ki, dünya dövlətləri və güc mərkəzlərinin əksəriyyəti həmin tədbirdə iştirak edərsə, bu əslində beynəlxalq ictimaiyyətin rəyi kimi təqdim olunacaq:
"Yəni böyük əksəriyyət Kiyevi müdafiə etsə, Moskvanın nə deməsindən asılı olmayaraq, Rusiya və tərəfdarlarının mövqeləri zəiflədiləcək. Çünki gücdən asılı olmayaraq, bütün dünya, beynəlxalq ictimai rəylə hesablaşmaq məcburiyyətində qalacaqlar”.
Ekspert qeyd edib ki, belə bir tədbirlə həmçinin Ukraynanın müdafiə olunması adı altında böyük bir koalisiyanın nümayiş etdirilməsi cəhdi də var:
"Bu baş tutacaqsa, Rusiya üçün çətin olacaq. Fikir verirsinizsə, Ukrayna ətrafında bir toparlanmanı görürük. Rusiyanın Xarkova hücumu fonunda buraxdığı səhvlər onun əleyhinə işləməyə başladı. Dünənə kimi Kiyevə Rusiya ərazisini vurmağa icazə verməyən ölkələr artıq bu məsələdə də Ukraynaya müsbət cavab verdilər”.
Natiq Miri düşünür ki, konfransın başlıca nəticəsi Rusiyanı çətin duruma salmaqdan ibarət olacaq:
"Rusiyanın əvvəlcədən xəbərdaredici radar sistemləri bir-bir aradan qaldırılır. Nəticədə Rusiyanın hava məkanı müdafiəsiz qala bilər. Cəbhədə vəziyyət dəyişərsə, bundan sonra bərabərhüquqlu və hər hansı bir şərt olmadan danışıqlar masasının mümkün olma ehtimalını göstərir. Fikrimcə, konfrans da buna xidmət edir. Rusiyanın indiyə kimi əldə etdiyi hərbi uğurlarını sıfırlamaq imkanı mövcuddur. Bundan sonra Moskva ilə onun öz dilində, yəni güc yolu ilə danışmaqla Rusiyanın sülh masasına oturmaq qayəsi əsasdır. Əvvəlcə hərbi uğurlar ortada olmaldır ki, sonra da Rusiya normal danışıqlar masasına otursun”.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh konfransının keçirilməsi planlaşdırılır. Bildirilir ki, sammitin məqsədi hər iki tərəfin gələcək sülh prosesinə necə daxil ediləcəyi ilə bağlı yol xəritəsini birgə müəyyən etməkdir. Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur.
Rüfət Sultan
Şərhlər