Xəbər lenti

İsrail Norveç, İrlandiya və İspaniyaya qarşı sərt addımları nəzərdən keçirir - CNN
Dünya 12:41 23.05.2024

İsrail Norveç, İrlandiya və İspaniyaya qarşı sərt addımları nəzərdən keçirir - CNN

İsrail Xarici İşlər Nazirliyi Norveç, İrlandiya və İspaniyanın Fələstini dövlət kimi tanımaq niyyətlərini elan etməsindən sonra onlara qarşı növbəti diplomatik addımları nəzərdən keçirir.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.

Telekanalın mənbəsi, nəzərdən keçirilən addımlar arasında həmin ölkələrin rəsmilərinin İsrailə səfərlərinin və bu ölkələrin diplomatları üçün vizaların ləğvi daxildir. Bu da onların İordan çayının qərb sahilinin Fələstinin nəzarəti altında olan ərazilərinə səfər etmək imkanlarını məhdudlaşdıracaq.

İsrail həmçinin öz qərarları ilə bağlı Norveç, İrlandiya və İspaniyadan izahat almaq üçün ABŞ-dan diplomatik dəstək almağı düşünür.

Bundan əlavə, İsrail hakimiyyəti ABŞ-dan xahiş edə bilər ki, digər ölkələri də bu dövlətlərdən nümunə götürməməyə inandırsın.

Xatırladaq ki, BMT Baş Assambleyası bu yaxınlarda səs çoxluğu ilə Fələstinə qeyri-üzv müşahidəçi ölkə kimi daha çox "hüquq və imtiyazlar” verən qətnamə qəbul edib, həmçinin Təhlükəsizlik Şurasını Fələstinin BMT-nin 194-cü üzv olmaq istəyini təsdiqləməyə çağırıb. 

Mayın 22-də Norveç, İspaniya və İrlandiya hökumətləri Fələstini dövlət kimi tanımaq qərarına gəliblər. İsrail buna cavab olaraq bu ölkələrdən səfirlərini geri çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->