Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:
"Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir, o ki qala ev bağışlaya? Nə yazırlar, yazsınlar. Əsas odur ki, məni gündəmə gətirirlər".
Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevə bir iş adamı tərəfindən ev bağışlanması ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli
Şərhlər