İraq təhlükəsizlik qüvvələri ABŞ hərbçilərinin yaralanması ilə nəticələnən Ayn əl-Əsəd aviabazasına endirilən zərbədə iştirak edən bir qrup şəxsi həbs edib.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
"Ətraflı hüquqi araşdırmadan və şahidlərin dinlənilməsindən sonra... bu qanunsuz əməldə əli olan beş nəfər həbs edilib", - İraq Təhlükəsizlik Media Mərkəzinin (Security Media Cell) bəyanatında deyilir.
Çərşənbə axşamı, avqustun 6-da İraq hərbçiləri öz ərazisindəki bazalara qarşı "ehtiyatsız" hərəkətləri pisləyib və raket buraxılış qurğusu olan yük maşınının ələ keçirildiyini bildirib.
Cümə axşamı Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, beş yaralıdan üçü Almaniyanın Landstuhl Regional Tibb Mərkəzinə çatdırılıb.
Sinq əlavə edib ki, hücum İranın dəstəklədiyi silahlılar tərəfindən həyata keçirilib. Onlar üç raket atıblar - ikisi bazaya dəyib, üçüncüsü isə vurulub.
Xatırladaq ki, bazar ertəsi, avqustun 5-də İraqın qərbindəki Ayn əl-Əsəd aviabazası Rusiyanın iki "Katyuşa” raketi ilə vurulub. Hücum nəticəsində 4 ABŞ hərbçisi və bir ABŞ podratçısı yaralanıb.
Nizami Bağırov
Şərhlər