İran prezidenti Məsud Pezeşkian oktyabrda Rusiyada keçiriləcək BRİCS sammitində iştirak edəcək. Orada o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri bəyanatla çıxış
edib.
Pezeşkian oktyabrın 22-24-də Kazanda Putinlə görüşəcək. Medianın məlumatına görə, onlar ikitərəfli əməkdaşlıq müqaviləsi imzalaya bilərlər.
Qeyd edək ki, planlaşdırılan səfər ölkələr arasında intensivləşən hərbi əməkdaşlıq fonunda baş tutur. İran bu yaxınlarda Ukraynaya qarşı apardığı müharibəyəə görə Rusiyaya daha bir silah partiyası verib. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Rusiyanın İrandan ballistik raketlər aldığını və çox güman ki, onları bir neçə həftə ərzində Ukraynada yerləşdirəcəyini deyib.
Blinken əlavə edib ki, Moskva ilə Tehran arasında əlaqələrin dərinləşməsi bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid yaradır.
Ötən çərşənbə axşamı ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İrana qarşı yeni sanksiyalar, o cümlədən "İran Air”ə qarşı məhdudiyyətlər tətbiq ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Federasiyasına ballistik raketlərin verilməsini təkzib edib.
Nizami Bağırov
Şərhlər