Xəbər lenti

Ekonomiks 12:47 04.07.2024

"İpotekaya yararlı mənzillər azdır" - Ekspert

"Bakı şəhəri və ətrafında olan evlərin böyük əksəriyyəti sənədsiz olduğundan ipotekaya yararlı deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. 

Onun sözlərinə görə, bu kimi evlər alqı-satqı predmeti sayılmır:

"Prosesual olaraq qanunvericilik buna imkan vermir. Amma onlar özbaşına tikili statusundan çıxarılandan, yəni sənədləşmə həyata keçiriləndən sonra ipoteka predmeti olacaq. Bu da o deməkdir ki, həmin əmlakların əksəriyyəti dəyərindən ucuz qiymətləndiriləcək. İpoteka bazarında canlanma yaratmaq üçün bu evlərə sənəd verilməlidir”. 



Ramil Osmanlı hesab edir ki, əgər bu evlərə sənəd verilsə, onlara təlabat yüksələcək:

"Bu gün Bakıda hər kəs ucuz mənzil almaq istəyir. İnsanlar əsəsən evi ipoteka ilə almağa  üstünlük verir. Amma istədikləri qiymətə ipoteka ilə ev tapmaqda çətinlik çəkirlər. Adamlar daha çox şəhərdən kənarda olan mənzillərə üstünlük verirlər. Bakıda ucuz evlər yoxdur”. 

Ramil Osmanlı bu gün ucuz evlərin dövriyyəyə buraxılmasına ehtiyac olduğunu vurğulayıb:

"Belə evlərin isə sənədi olmadığından dövriyyədə iştirak edə bilmir. Sənədləşəndən sonra bu evlər ipoteka predmeti kimi çıxış edə biləcək”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->