Xəbər lenti

İpoteka krediti olan ölərsə... - Ekspert
Ekonomiks 11:31 24.05.2023

İpoteka krediti olan ölərsə... - Ekspert

"Əgər kredit götürən şəxsin həyat sığortası varsa, o zaman borcu sığorta şirkəti  ödəyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcəyi ilə bağlı qərardan danışarkən deyib. 

Ekspert bildirib ki, bu qanun ilk gündən belə olub, sadəcə ictimaiyyətə düzgün təqdim edilməyib:
 
"Sadəcə, Konstitusiya Məhkəməsinə kimsə sual ünvanlayıb, qurumdan da məsələyə belə aydınlıq gətirib. Amma bu qanun elə əvvəldən də belə idi. Fərqli olan odur ki, insanlara düzgün izah edilməyib. Deyirlər ki, vərəsələr ipoteka krediti ödəyəcək. Vərəsə kimdir? Vərəsə - ölən şəxsin əmlakını qəbul edən şəxsdir. Qanun da deyir ki, mirası, yəni ölən şəxsin əmlakını qəbul etmisənsə, həmin əmlak həddində də onun borcuna görə cavabdehsən. İstəmirsənsə, qəbul da eləmə və heç nəyə görə qanunla cavabdeh də deyilsən. Vəssalam”.

Əkrəm Həsənov deyir ki, ipoteka kreditini götürən şəxs krediti ödəyə bilməyəndə bank həmin şəxsi məhkəməyə verib və evi əlindən alır:
 
"Eyni vəziyyətdə insan öləndə baş verir. Kredit götürən şəxsin ödəmənin qabiliyyəti yoxdursa, o zaman bank onu məhkəməyə verəcək və evi şatışa çıxardacaq”. 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin verdiyi yeni qərara əsasən Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->