İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt komandanın 2024-cü il Avropa çempionatının finalında məğlubiyyətindən sonra postunu tərk edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat İngiltərə Futbol Assosiasiyasının (FA) X sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.
"102 oyundan və demək olar ki, 8 illik məsuliyyətdən sonra Qaret Sautqeyt baş məşqçi vəzifəsini tərk etdiyini açıqladı", deyə sayt qeyd edib.
İngilislər ardıcıl ikinci Avropa çempionatının finalına yüksəlib, lakin bu il İspaniya millisinə uduzublar. Sautqeyt tarixdə iki Avropa çempionatının finalında məğlub olan ilk məşqçi olub.
Qesyd edək ki, Berlinin "Olimpiastadion” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb.
İngiltərə dünya və Avropa çempionatındakı kuboksuz seriyasını 58 ilədək artırıb. Böyük bir turnirdə ingilislərin yeganə uğuru 1966-cı ildə ev dünya çempionatında qələbədir. Turnirin finalında adalılar Almaniya yığmasından güclü olub - 4:2.
Aydın
Şərhlər