Xəbər lenti

Şimali Makedoniya forumunun loqosu Çavuşoğlunun tələbiylə dəyişdirildi
Dünya 11:38 17.06.2022

Şimali Makedoniya forumunun loqosu Çavuşoğlunun tələbiylə dəyişdirildi

Oxriddə keçirilən "Prespa Dialoq” Forumunun loqosu xəritədə Türkiyənin olmaması səbəbindən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun tələbi ilə dəyişdirilib. 

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Şimali Makedoniyada keçirilən forum çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçirən və türk ictimaiyyətinin nümayəndələri ilə görüşən Türkiyə diplomatik idarəsinin rəhbəri forumun loqosunda Türkiyənin xəritədə yer almamasına münasibət bildirib. 

Forumun təşkilatçıları Çavuşoğlunun açıqlamasından sonra "lazımi düzəliş” edərək xəritəni yeniləyiblər.

"Yeniləmədən sonra iştirakçılar artıq Türkiyəni əks etdirən xəritə qarşısında çıxış ediblər”, - qeyddə deyilir.

Forum çərçivəsində Çavuşoğlunun yüksək səviyyədə ikitərəfli görüşlər keçirdiyi vurğulanır.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->