Xəbər lenti

İlon Mask:
Dünya 12:04 09.10.2024

İlon Mask: "Tramp seçkilərdə məğlub olarsa, məni həbs edə bilərlər"

Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask hesab edir ki, Respublikaçı Donald Tramp ABŞ prezident seçkilərində məğlub olarsa, o, həbsxanaya göndərilə bilər.

Qaynarinfo "Suspilne”yə istinadən xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

"Əgər o (Tramp-red.) uduzsa, mən bitmişəm. Sizcə həbs cəzam nə qədər olacaq? Sizcə, uşaqlarımı görəcəyəm?", deyə Mask bildirib. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Oktyabrın 5-də İlon Mask Pensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Trampın seçki kampaniyası mitinqində çıxış edib. Mask bildirib ki, Amerikada Konstitusiya və demokratiyanı qorumaq üçün Tramp qalib gəlməlidir.

Tramp sentyabrın əvvəlində bildirib ki, seçkidə qalib gələrsə, hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaradacaq və ona İlon Mask rəhbərlik edəcək. Milyarder daha sonra bunu Trampla müzakirə etdiyini və əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->