"Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə danışıqların ictimai hissəsində qondarma Ruben Vardanyanla bağlı vəziyyəti müzakirə etməyiblər".
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Söhbətin kifayət qədər uzun sürən təkbətək hissəsi oldu. Mən onların nədən danışdıqlarını bilmirəm”, deyə Peskov əlavə edib.
Ötən gün MDB dövlət başçılarının sammitində Vladimir Putin və İlham Əliyev Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan Ruben Vardanyanı Ermənistanla sərhəddə saxlayıb. Daha sonra məhkəmə onu 4 ay müddətinə həbs edib.
Vladimir Putin Valday diskussiya klubunda cənab Vardanyanın həbsini şərh edərkən bildirib ki, o, özü Rusiya vətəndaşlığından imtina edib.
Aydın
Şərhlər