Hollandiya hökuməti Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci ildə törədilən soyqırım qurbanlarının yaxınlarından üzr istəyib.
Bu barədə Qaynarinfo "Politico” saytına istinadla xəbər
verir.
Müdafiə naziri Kaysa Ollonqren qətliamın 27-ci ildönümünə həsr olunmuş mərasimdə deyib: "Beynəlxalq ictimaiyyət Srebrenitsa xalqını müdafiə edə bilmədi. Bu cəmiyyətin bir hissəsi olaraq Hollandiya hökuməti bu uğursuzluğun baş verə biləcəyi vəziyyətə görə siyasi məsuliyyəti bölüşür. Buna görə biz dərin üzr istəyirik”.
Vurğulayaq ki, Srebrenitsa İkinci Dünya Müharibəsindən sonra Avropa torpaqlarında ən ağır müharibə cinayəti hesab edilir.
Hollandiya batalyonuna 1992-1995-ci illər müharibəsi zamanı mülki əhalini Bosniya serb qüvvələrindən qorumaq vəzifəsi verilmişdi.
1995-ci ilin iyulunda Bosniya serb qüvvələri BMT-nin elan etdiyi "təhlükəsiz sığınacaq” Srebrenitsayı zəbt ediblər və Hollandiya qüvvələri onların orada sığınacaq axtaran 8000-dən çox müsəlman əhalisinin qətlə yetirməsinə mane ola bilmədi.
Nurlan Hüseynov
Şərhlər