Hindistanın Uttar Pradeş ştatında özəl məktəbin rəhbərliyi və müəllimləri şagirdi ritual şəkildə qətlə yetirməkdə günahlandırılıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Economic Times” yazıb.
Hadisə sentyabrın 23-də Hatrasda baş verib. Polis ritual qətldə şübhəli bilinən müəllimləri və özəl məktəbin direktorunu həbs edib. Onlar məktəblərinə firavanlıq və uğur gətirməli olan "qara sehr" ritualı zamanı 11 yaşlı uşağı qaçıraraq öldürüblər.
Uşağın yataqxana otaqlarından birində boğularaq öldürüldüyü iddia edilir. Təhsil müəssisəsinin rəhbərliyi övladlarının guya xəstələnməsini valideynlərinə çatdırmaqla cinayəti gizlətməyə çalışıb.
Polis direktoru direktoru, uşağın qohumunu və üç müəllimi həbs edib. İstintaq və axtarışlar zamanı onların üzərindən müxtəlif ritual əşyalar aşkar edilib. Həmçinin məlum olub ki, şübhəlilər əvvəllər də başqa bir tələbəni, doqquz yaşlı uşağı öldürməyə cəhd ediblər. İndi özəl məktəb bağlanıb, onun işində çoxsaylı qanun pozuntuları aşkar edilib. Zərərçəkənin valideynləri təqsirləndirilən şəxsə Hindistanda icazə verilən ölüm cəzasına məhkum edilməsini istəyib.
Aydın
Şərhlər