Xəbər lenti

Hikmət Hacıyev və Armen Qriqoryan görüşündə hansı məsələlər müzakirə edilib? - Ekspert
Siyasət 15:59 20.08.2022

Hikmət Hacıyev və Armen Qriqoryan görüşündə hansı məsələlər müzakirə edilib? - Ekspert

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Toivo Klaar tvitterdə qeyd edib. 

"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - paylaşımda deyilir. 

Həmin görüşü Qayraninfo-ya açıqlamasında şərh edən politoloq Taleh Əliyev düşünür ki, yaxın zamanlarda belə görüşlərin müsbət nəticə verəcəyinin şahidi ola bilərik:"Bu görüşə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan dövlət başçıları ilə aparılan birbaşa görüşlərin davamı və tərkib hissəsi kimi baxılmalıdır. Eyni zamanda, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də birbaşa təmasları yaranıb. Xüsusən də, "Qisas” əməliyyatından sonra tərəflər arasında etimad mühitinin yenidən bərpası və aparılan sülh danışıqlarının davamlılığının təmin edilməsi baxımından belə bir görüşün olması vacib görüş kimi xarakterizə oluna bilər. Həmin görüşün keçirilməsini, həm xarici işlər nazirləri səviyyəsində görüşün davam etdirilməsi, həm də son günlər Laçın şəhəri, Zabux və Sus kəndlərinin azad olunması fonunda əhəmiyyətli görüş kimi qeyd etmək olar. Tərəfləri təmsil edən hər iki diplomat təmsil etdikləri hökumətdə müvafiq sahəyə məsul şəxs və etimadlı dövlət adamlardır. Eyni zamanda, hər ikisi də danışıqlarda birbaşa Azərbaycan dövlət rəhbəri və Ermənistan hökumət başçısının mövqeyini ifadə edəcək səviyyədə olan təmsilçilərdir. Ona görə də böyük ehtimalla yaxın zamanlarda belə görüşlərdən müsbət nəticələrin şahidi olacağıq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->