Xəbər lenti

Hansı həkim 25000 manat maaş ala bilər? (AÇIQLAMA)
Ekonomiks 16:14 22.11.2023

Hansı həkim 25000 manat maaş ala bilər? (AÇIQLAMA)

"Bu maaş bütün səhiyyəni əhatə etmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda həkimlərin 25 min manat əməkhaqqı alması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Professor hesab edir ki, səhiyyədə bu cür stimullaşdırıcı faktorlar var:

"Həkimlərin maaşları sistemli deyil. İcbari Tibbi Sığorta sistemində həkimlərin attestasiya dərəcələrindən asılı olaraq fiksə olunmuş maaşlar sistemi olmalıdır. Biz bu sistemə keçid etməliyik. Yoxsa, bu cür bonuslar və şişirtmə rəqəmlər səhiyyədə bir ədalətsizlik yaradır".
 


Adil Qeybulla bu gün səhiyyə sistemində az maaş alan işçilərin sayının çox olduğunu vurğulayıb: 

"Digər tərəfdən bu həddəki maaşlar yolverilməzdir. Hesab edirəm ki, dünya ölkələrində İcbari Tibbi Sığorta sistemində tətbiq edilən qaydaların həlli Azərbaycanda da həyata keçirilməlidir”. 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov Azərbaycanda 25 min manat  əməkhaqqı alan həkimlərin olduğunu bildirib: 

"Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->