Xəbər lenti

Hamı ev ala bilər: Pulun mənbəyi əsas deyil - Ekspert
Ekonomiks 12:00 11.01.2024

Hamı ev ala bilər: Pulun mənbəyi əsas deyil - Ekspert

Bakıda ev alan vətəndaşlarla notariuslar arasında narazılıq yaranıb.
 
Qaynarinfo xəbər verir ki, notariuslar mənzil alan vətəndaşlardan 20 000 manatdan yuxarı olan pulun mənbəyi ilə bağlı sənəd, yəni deklarasiya tələb edir. Bəzi notaruslar bu qərarın yanvar ayının 1-dən qüvvəyə mindiyini qeyd edir. Onlar vətəndaşlara deklarasiyasız alqı-satqının qeyri-mümkün olduğunu bildirirlər. Belə bir qanun varmı?

Əmlak eksperti Ramil Osmanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, ev alan vətəndaşlardan notariuslarda heç bir rəsmi sənəd tələb olunmur:



"Notariuslarda alqı-satqı müqviləsi imzalanan zaman vətəndaşlarla şifahi sorğu aparılır. Notariusda sorğu formasında pulun mənbəyin soruşurlar. Ev alan şəxs də deyə bilər ki, əmək haqqımdır, illərlə yığmışam, ev, torpaq satmışam və s. Orada vətəndaşdan kimsə tələb edə bilməz ki, pulun mənbəyi ilə bağlı sənəd tələb etsin. Bu, tam qanunsuzdur".

Ramil Osmanlı mənzil almaq istəyənlərə bildirib ki, bununla bağlı heç bir narahatçılıq yoxdur:
 
"Azərbaycan qanunvericiliyində belə bir tələb forması yoxdur. Hətta olsa da belə, bu qanuni icra etmək qeyri-mümkündür. Mən digər sahələri kənara qoyuram. Dövlət quluğundan çalışanlar var. Onlar rəsmi 800 manat əmək haqqı alır, amma faktiki olaraq aldığı əmək haqqı ondan 2-3 dəfə çoxdur. Bunu hansı vətəndaş əsaslandıra biləcək? Əlbəttə ki, yox. İkili mühasibatlıq məsələsi var. Bu məsələlər tam olaraq aradan qaldırıldıqda, bütün əməliyyatlar şəffaflaşdırıldıqdan sonra belə bir sənəd tələb oluna bilər”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->