Xəbər lenti

Dünya 21:08 10.06.2024

"Hakan Fidan Moskvada vacib məsələləri müzakirə edə bilər" -  Ekspert

"Fidan Rusiya səfəri çərçivəsində Lavrov və ola bilsin ki, Putinlə də görüşsün”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə XİN rəhbəri Hakan Fidanın Rusiyaya başlanan səfərini şərh edərkən deyib.
 
Politoloq vurğulayıb ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın iyunun 10-11-də Rusiyaya olan səfəri BRICS-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək sesiya ilə əlaqədardır:

”Bu səfər çərçivəsində Fidanın rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşü də mümkündür. Yayılan məlumatlara görə, bu  görüşlərdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər, o cümlədən Cənubi Qafqaz, Suriya və Ukrayna məsələlərilə bağlı fikir mübadiləsi aparılacaq”. 
 


Ekspert bildirib ki, Fidan səfər fonunda Putinlə də görüşə bilər:

"Türkiyə xarici siyasətinin baş diplomatı ola bilsin ki, səfər çərçivəsində Rusiya dövlət başçısı Putinlə də görüşsün. Bu görüşdə də ikitərəfli münasibətlər, Ankara ilə Moskva arasında kritik önəmə malik regionlarda ölkələrin siyasətlərinin uzlaşdırılması və yaxud mövcud gərginliklərin azaldılması da müzakirə edilə bilər. Heç şübhəsiz, sadaladığımız istiqamətlərdə danışıqların əsas müzakirə masası hər iki ölkənin xarici işlər nazirləri arasında baş tutacaq görüşdə çözüləcək”. 

Qeyd edək ki, iyunun 10-11-də Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyada səfərdə olacaq. Bu səfərdə əsas məqsəd BRİKS-in tədbirində iştirak  etməkdir. Bununla yanaşı, Fidanın bir sıra Rusiya  rəsmilərilə görüşü də gözlənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->