Xəbər lenti

Haaqa Məhkəməsi Netanyahu və Qallantın həbsinə orderlərin verilməsini təxirə saldı
Dünya 12:12 28.06.2024

Haaqa Məhkəməsi Netanyahu və Qallantın həbsinə orderlərin verilməsini təxirə saldı

Beynəlxalq Cinayət Məhkəməsinin ibtidai tribunalı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın mümkün hərbi cinayətlərə görə İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsinə icazə verib-verməməsinə dair qərarı təxirə salıb.

Bu barədə Qaynarinfo "The Jerusalem Post”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, təxirə salınma Britaniyanın bu məsələdə BCM-nin yurisdiksiyasına qarşı iyunun 10-da "amicus curiae” ("məhkəmənin dostu” - termini iş üçün əhəmiyyət kəsb edən məlumatları məhkəmənin diqqətinə çatdırmaqla ona kömək edən şəxs deməkdir - red.) iddiası qaldırmasından sonra baş verib.

Qəbul edilən qərar Böyük Britaniyanın işə qoşulma tələbini təmin etməklə yanaşı, digər ölkələrin qoşulmasına da icazə verib.

BCM Britaniya və digər ölkələrə ərizələrini təqdim etmək üçün iyulun 12-dək vaxt verib.

Üstəlik, BCM bildirib ki, şübhəlinin xəbərdar edilməməsi üçün həbs qərarının verilməsi prosedurunun adətən gizli saxlanılmasına baxmayaraq, onların ərizələri və bütün müzakirə prosesi ictimaiyyətə açıqlana bilər.

"Qeyd edilənləri Palatasının "amicus curiae” müraciətləri üçün açıq çağırış kimi təfsir edilməməsinə baxmayaraq, Palatanın Birləşmiş Krallığa qeydlər təqdim etmək üçün icazə vermək qərarı digər qeydlər sorğularına səbəb ola biləcəyini qəbul edir", - hakimlər kollegiyası qərarında bildirib.

Xatırladaq ki, bu ilin may ayında Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və HƏMAS lideri Yəhya Sinvarın həbsinə order vermək istəyib.

Bu xəbər dünya ictimaiyyətini sarsıdıb. Belə ki, İsraildə Netanyahunun həbsinə order vermək planlarının həyasızlıq adlandırıblar.

Eyni zamanda, ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken də BCM-nin Netanyahunun həbsinə order vermək planlarından qəzəbləniblər.
Eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Netanyahunun həbsinə order veriləcəyi təqdirdə BCM-yə qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->