Xəbər lenti

Gürcüstan prezidenti hökuməti Konstitusiyaya hücumda ittiham etdi
Dünya 18:47 04.05.2024

Gürcüstan prezidenti hökuməti Konstitusiyaya hücumda ittiham etdi

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, hazırkı hökumət ölkənin Avropayönlü kursunu müəyyən edən Konstitusiyaya hücum edib.

Qaynarinfo xəbər verir ki, prezident bu barədə xarici ölkələrin səfirləri ilə görüşdə deyib.

Zurabişvili bildirib ki, bir neçə gün əvvəl Tiflisdə hökumət tərəfdarlarının mitinqində Gürcüstanın siyasi kursunun dəyişdirilməsi ilə bağlı təxribatçı bəyanatlar səsləndirilib.

Prezident səfirləri böhrana səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi nəhayət qəbul edilənə - mayın sonuna qədər Gürcüstana yüksək səviyyəli səfərləri asanlaşdırmağa çağırıb.

Gürcüstanda böhran vəziyyəti 20 gündən artıqdır ki, davam edir. Tiflisdə hər gün xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Avropayönlü kursunun dəyişməsinə imkan verməyəcəklərini bildirirlər. Öz növbəsində, hökumət rəsmiləri hesab edir ki, etiraz aksiyası müxalifəti hakimiyyətə gətirmək üçün xarici fondlar tərəfindən ödənilib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->