Xəbər lenti

Dünya 15:44 18.04.2024

"Google" İsrail hakimiyyəti ilə müqaviləyə etiraz edən 28 əməkdaşını işdən çıxardı

"Google" rəhbərliyi şirkətin İsrail hökuməti ilə böyük müqavilə imzalamasına fəal şəkildə qarşı çıxan 28 əməkdaşını işdən çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The verge” nəşri məlumat yayıb

Dəyəri 1,2 milyard dollar olan müqavilə "Amazon” şirkəti ilə birlikdə İsrail hakimiyyəti üçün bulud məlumatlarının saxlanması və emalı xidmətlərinin göstərilməsini nəzərdə tutur. Bu müqavilə "Google"un iki ofisində etirazlara səbəb olub – Nyu York və Kaliforniyada bir sıra əməkdaşlar oturaq aksiya keçiriblər. Onlar bildiriblər ki, bu müqavilə İsrail hakimiyyətinə, xüsusən də ölkə ordusuna "soyqırım siyasəti yürütməkdə” kömək edir. 

Amerika mediasının əldə etdiyi "Google”un daxili əmrinə uyğun olaraq, şirkət rəhbərliyi aksiyalar zamanı "ofis avadanlığını zədələyən, digər işçilərin işinə müdaxilə edən və onların təhlükəsizliyini təhdid edən 28 əməkdaşını işdən azad edib... Bu cür hərəkətləri dayandırmaqdan imtina edənlər polis nümayəndələri tərəfindən saxlanılaraq ofisdən uzaqlaşdırılıb. Daxili araşdırmanın nəticələrinə əsasən, hərəkətləri əmək müqaviləsinə və iş yerində daxili davranış qaydalarımıza kobud şəkildə zidd olan 28 əməkdaşın işdən azad edilməsinə qərar verdik”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->