Çexiyada Kutna Hora şəhərində bir qadın gəzintiyə çıxıb və orada sikkələr olan orta əsrlərə aid xəzinə tapıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çexiya Elmlər Akademiyasının (ARUP) Arxeologiya İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, xəzinə 1085-1107-ci illər arasında zərb edilmiş 2,1 mindən çox gümüş sikkədən ibarət olub. Mütəxəssislər hesab edirlər ki, onlar Praqada hazırlanıb, sonra isə Bohemiyaya aparılıb. Arxeoloqların fikrincə, belə kəşflər 10 ildə bir dəfə olur.
"Sikkələr gümüşdən əlavə, mis və qurğuşun qarışığı olan ərintidən hazırlanıb. Spesifik tərkibin müəyyən edilməsi gümüşün mənşəyini müəyyən etməyə kömək edəcək", deyə alimlər bildirib.
Arxeoloq Filip Velimski qeyd edib ki, xəzinə orta əsrlər Bohemiyada siyasi qeyri-sabitlik dövründə gizlədilib. Sikkələr illər keçdikcə xarab olan keramika qabda saxlanılıb. Bu tarixi dövrdə döyüşlər çox yayılmışdı və onun içində əmək haqqı və ya müharibə qənimətinin ödənilməsi üçün vəsait ola bilər. Ekspertin fikrincə, o dövrdə bu sikkələrin dəyəri təsəvvür edilməz idi.
Aydın
Şərhlər