Amerika istehsalçısı General Atomics Ukraynaya iki Reaper MQ-9 döyüş pilotsuz təyyarəsini bir dollara təklif edib.
Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, dronların döyüş əməliyyatları üçün hazırlanması və çatdırılması Kiyevə təxminən 10 milyon dollara, texniki xidmət isə ildə təxminən 8 milyon dollara başa
gələcək.
Ukrayna hərbçiləri pilotsuz təyyarələrdən əlavə, PUA-nın yerüstü idarəetmə stansiyası alacaqlar.
Təklifi General Atomics-in baş direktoru Linden Blu keçən həftə Ukraynanın Vaşinqtondakı hərbi attaşesinə çatdırıb. Razılaşmanı təsdiq etməli olan Ağ Ev, eləcə də Ukrayna hakimiyyəti də şərh verməkdən imtina edib.
General Atomics-in sözçüsü Mark Brinkli bildirib ki, şirkət konkret sövdələşmələri şərh etmir, lakin Kiyevin Reaper kimi pilotsuz təyyarələrə ehtiyacı olduğuna inanır. "General Atomics artıq bir neçə aydır ki, Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını öz hökumətləri ilə müzakirə edir və onlara hər cür dəstək verməyə sadiqdir”, - Brinkli bildirib.
General Atomics Ukraynaya hər biri bir neçə milyon dollar dəyərində olan Reaper MQ-9A Blok 1-in köhnə versiyasını təklif edir.
Alpər
Şərhlər