FTB agentləri Çinin xaricdəki "polis məntəqələrini" Bruklin ştatının Çinaun şəhərində müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə
The New York Times istintaqdan xəbərdar olan mənbələrə istinadən yazıb.
Çinin ABŞ-dakı səfirliyi bildirir ki, belə təşkilatlarda çinlilərə öz vətənlərində sürücülük vəsiqəsinin yenilənməsi kimi müxtəlif xidmətlər göstərən könüllülər çalışır. Qəzetin tədqiq etdiyi Çin dövlət mediasının hesabatlarında Çin rəsmiləri bu təşkilatları "xarici xidmət mərkəzləri” adlandırırlar. Lakin bəzi məlumatlarda onların yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etmədən xaricdə "kəşfiyyat məlumatları topladığı” və cinayətləri açdığı bildirilir.
NYT qeyd edir ki, Qərb rəsmiləri və hüquq müdafiəçiləri bu materiallara diqqət çəkdikdən sonra onlardan bəziləri lğv edilib.
Qərb rəsmiləri bu fikirdədirlər ki, "xarici xidmət mərkəzləri” əslində xaricdəki Çin vətəndaşlarına, o cümlədən dissidentləri izləmək üçün istifadə olunur. Xüsusilə Çin hökumətinin "Tülkü ovu” proqramı xatırladılır ki, bu proqramın məqsədi çinliləri vətənə qayıtmağa məcbur etməkdir. Dövlət mediası nəşrlərinin təhlili və Çin hakimiyyətinin ictimai bəyanatları əsasında iddia edilir ki, ən azı dörd şəhər bölgəsi - Fuçjou, Qingtian, Nantong və Wenzhou - Yaponiya, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, Macarıstan, Çexiya kimi ölkələrdə onlarla "polis məntəqəsi" yaradıb.
"New York Times” qəzetinin yazdığına görə, Nyu Yorkda belə bir məntəqə Çinin "America Changle Association NY” ictimai təşkilatının ofislərində yerləşir. Bu barədə dövlətə məxsus China Youth Daily qəzetində məlumat verilib, lakin sonradan material silinib. Çin polis məntəqələrinin digər ünvanları Çin restoranları da daxil olmaqla özəl bizneslərin ünvanlarına uyğun gəlir. Çin səfirliyi bu obyektlərin "xidmət göstərmək istəyən yerli xaricdəki Çin icmaları tərəfindən təmin edildiyini" iddia edir.
Noyabrın ortalarında Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey hakimiyyət orqanlarının Amerika şəhərlərində belə "polis məntəqələri”nin olmasından xəbərdar olduğunu və bununla bağlı narahatlığını ifadə edib. Respublikaçı konqresmenlər Qreq Mörfi və Mayk Uols Ədliyyə Departamentinə prezident Co Bayden administrasiyasının çinli amerikalıları qorxutmaq üçün istifadə oluna biləcəyini iddia etdikləri bu cür strukturların mövcudluğunu araşdırıb-araşdırmadığını soruşublar.
Araşdırmaya səbəb İspaniyanın "Safeguard Defenders” qeyri-hökumət təşkilatının Çin polisinin xaricdəki əməliyyatları ilə bağlı hesabatı olub. Hollandiya hakimiyyəti də qeydiyyatdan keçməyən məntəqələrin yaradılması barədə məlumat verib.
Alpər
Şərhlər