Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Argentina millisinin hücumçusu Lionel Messinin 2034-cü ildə keçiriləcək dünya çempionatında çıxışını səbirsizliklə gözlədiyini bildirib.
Qaynarinfo bu barədə "TyC Sports"a istinadən xəbər verir.
"Mən Messinin 2026-cı il dünya çempionatında oynayacağını gözləyirəmmi? Həm növbəti çempionatda da, 2030-cu ildə də, 2034-cü ildə də bunu gözləyirəm. Bu, onun istəyinə uyğun olaraq", deyə İnfantino bildirib.
Qeyd edək ki, hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Messi 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu olub. Qətərdə keçirilən mundialda hücumçu 7 oyunda 7 qol vurub, onlardan 4-ü penaltidən olub. O, finalda Fransa ilə görüşdə dubla imza atıb.
DÇ-2026-nın seçmə mərhələsində Argentina 15 xalla Cənubi Amerika qrupunda birinci yerdədir.
Aydın
Şərhlər