Xəbər lenti

Ermənistan KTMT-yə niyə savaş elan edir? (ŞƏRH)
Dünya 20:35 14.06.2024

Ermənistan KTMT-yə niyə savaş elan edir? (ŞƏRH)

"Ermənistan KTMT-dən çıxacaq. Paşinyan bunu indidən elan edir ki, cari ilin sonuna qədər qurumu tərk edə bilsin".
 
Bunu Qaynarinfo-ya açıqlmasında politoloq Cümşüd Nuriyev deyib.

C.Nuriyev bəyan edib ki, Paşinyan belə məsələlərdə qeyri-ardıcıl mövqe tutur:

"O indi tələb edir ki, Belarus KTMT-dən çıxsın, yoxsa Ermənistan özü çıxacaq. Bu da erməni xislətinə uyğun bir hərəkətdir. KTMT əslində Belarusun yox, birmənalı şəkildə Rusiyanın maraqlarına xidmət edən qurumdur. KTMT-nin digər üzvləri burada heç nəyi həll etmirlər. Beynəlxalq hüquqa görə Ermənistan istənilən beynəlxalq təşkilatdan birtərəfli qaydada çıxa bilər. İrəvan həm KTMT-nin tədbirlərində iştirak etmir, həm də üzvlük haqqı vermir".
 


Ekspertə görə, Paşinyan burada əslində Qərbdən verilən tapşırığı icra edir:

"Xaricdən göndirilən "şparqalka"da nə yazılıbsa, onu da danışır. Ona görə də Paşinyanın çıxışları qeyri-adekvat alınır. Çox vaxt hadisələrlə ayaqlaşmır, ya da hadisələri qabaqlayır".

Həmsöhbətimiz Paşinyanın son qəti açıqlaması fonunda belə Rusiyanın onu devirməyə hələlik qərar verəcəyinə də inanmır: 

"Moskvanın belə qərar verməsi üçün onlar Ermənistanı da Ukraynaya çevirməlidir. Bunun üçün isə Cənubi Qafqaz respublikaları, ya da İrandan istifadə etməlidir. İran buna razılıq verməyəcək. Türkiyə də NATO üzvü olaraq Rusiyanın maraqlarına uyğun hərəkət etməyəcək. Ona görə də Moskvanın Paşinyana indiki şəraitdə ciddi reaksiya verməsi gözlənilmir. Çünki Paşinyanın ölkə daxilində mövqeyi güclüdür. Paşinyan əslində Rusiyanın Cənubi Qafqazdakı siyasətinin axırına çıxmaq üçün istifadə olunan siyasi dəyənəkdir. Satqınlıq ermənilərin xislətindədir". 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentin müxalif deputatının sualına cavab olaraq İrəvanın KTMT-dən çıxacağını bəyan edib. Ona qədər baş nazir özü də daxil erməni rəsmiləri KTMT-nin işində iştirakdan imtina ilə yanaşı, ora maliyyə ödəməyi də dayandırmışdılar. Amma bununla belə, erməni rəsmiləri açıq şəkildə KTMT-dən çıxacaqlarını bəyan etmirdilər. Artıq Paşinyan bunu da etdi: "Biz KTMT-dən çıxacağıq, başqa yol yoxdur".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->