"Şengen vizasının qiymətlərinin artması insanları səfər etməkdən çəkindirməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert Avropa ölkələrinə getmək istəyənlərin 10-15 avro olan bir artıma görə səfərlərini təxirə salmayacaqlarını düşünür.
Natiq Cəfərli bu prosesdə başqa ciddi bir problemin olduğunu xatırladıb:
"Bəzən Şengen viza üçün müraciət edən şəxslər ödəniş etsələr belə imtina gələndə onlar ödənişlərini geri ala bilmirlər. Bunun mexanizmləri ilə bağlı Avropa Birliyi Komissarlığı ilə danışıqlara ehtiyac var. Çünki zaman-zaman belə hadisələr baş verir. Vətəndaşlar ödəniş edir, heç bir səbəb bildirmədən də insanlara imtina cavabı gəlir. Bu zaman ödəniş geri qaytarılmır. Bunun həlli yolları tapılmalıdır".
Qeyd edək ki, Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi qısamüddətli səhayət üçün Şengen vizalarının qiymətlərinin artdığını açıqlayıb. Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq.
Bahar Rüstəmli
Şərhlər