Xəbər lenti

Emoməli Rəhmonun Bakı səfəri iki ölkə arasındakı münasibətlərə necə təsir gösətərəcək? (ŞƏRH)
Siyasət 17:46 23.05.2024

Emoməli Rəhmonun Bakı səfəri iki ölkə arasındakı münasibətlərə necə təsir gösətərəcək? (ŞƏRH)

"Düşənbənin Azərbaycanla münasibətlərin inkişafından böyük gözləntiləri var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Tofiq Abbasov Tacikistan prezidenti Emoməli Rəhmonun Bakıya səfərini şərh edərkən deyib. 

Politoloq deyib ki, son on illikdə Orta Asiyada inteqrasiya məsələsində yeni ab-hava formalaşıb:

"Bölgədə təhdidlər səngiyib. Hidroqovşaqların tikilməsi, elektrik stansiyaları, mineral resursların işlənməsi fonunda Tacikistan regionun böyük resurslara malik dövlətidir. Ölkənin faydalı qazıntıları həddən artıq çoxdur. Düşənbənin həmçinin regional inteqrasiyada böyük gözləntiləri var. Bu mənada Tacikistan daxil Orta Asiyanın əsas ümidləri Azərbaycanla bağlıdır. Orta Dəhliz və Qlobal cənubun arxasında dayanan potensial dünya inteqrasiyasına qatılacaqsa, bu əlaqələrdən bütün ölkələr, o cümldən Tacikistan böyük fayda əldə edəcək. Bu baxımdan, Düşənbənin Azərbaycanla münasibətlərin inkişafından böyük gözləntiləri var".



Ekspert qeyd edir ki, Tacikistan prezidentinin Bakıya səfəri ikitərəfli formatda münasibətlərin genişlənəcəyindən xəbər verir:

"Bu da ilk növbədə mal dövriyyəsinin artımında özünü göstərəcək. Bu yaxınlara qədər iki ölkə arasında mal dövriyyəsi cəmi 20-30 milyon dollar civarənda idi. Bu isə mövcud potensialın olduqca cüzi hissəsidir. Elə bir dönəm gəlib ki, artıq bu əlaqələr dəfələrlə genişlənməlidir. Fikrimcə, Avrasiya məkanında Azərbaycan Tacikistan münasibətləri özünəməxsus yer tutacaq".

Qeyd edək ki, bu gün Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub, iki ölkə arasında 7 sənəd imzalanıb və dövlət başçıları mətbuata bəyanatla çıxış edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->