Xəbər lenti

Ekonomiks 18:39 13.07.2024

"Əmək bazarı bərbad vəziyyətdədir" - Ekspert

"Bu günlərdə mətbuatda oxudum ki, Cənubi Koreyda robot 9 saat işlədiyinə görə intihar edib. Əslində isə robot 8 saat işləməliymiş. Amma biz 13-14 saat işləyirik, aldığımız maaş 10 günə çatmır. Heç etiraz da etmirik".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli gündə 10-14 saat işləyib aylıq 350-400 manat maaş alan vətəndaşların hüquqlarından danışarkən deyib. 

Ekspert Azərbaycanın əmək bazarının bərbad vəziyyətdə olduğunu bildirib:
 


"Əmək bazarında vəziyyət bərbaddır. Bazarda insanlar alternativ iş yerləri tapa bilmir. Kimin işi var, ondan möhkəm yapışır, nədir ki, onu itirməsin. Çünki itirsə, iş tapa bilməyəcək. Əslində bazar iqtisadiyyatı modeli ilə işləyən ölkələrdə əmək bazarı dimanik və operativ olmalıdır".

Ekspert hesab edir ki, həmin bazarda bir işçiyə bir neçə iş təklif edilməlidir:

"İşçi də seçim imkanlarına malik olmalıdır. Artıq işçilər sahibkardan deyil, sahibkar işçidən yapışır. Sahibkar çalışır ki, onu seçsinlər. Çünki onun alternativi var. Yaxşı şərait yaratmasa, sərfəli təkliflər verməsə, işçi onu deyil, başqasını seçəcək. Həmin sahibkar da müflüsləşəcək, işlətməyə işçi tapmayacaq".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->