Keçmiş dünya çempionu Mayk Tayson məşhur videobloqer Ceyk Pol ilə döyüşməyə niyə razı olduğunu açıqlayıb.
Qaynarinfo "talkSPORT” nəşrinə istinadən xəbər verir ki, amerikalı boksçu şöhrət naminə hər şeyə hazır olduğunu
bildirib.
"Düzünü deyəcəm. Düşünmürəm ki, Pol ümumiyyətlə mənə toxuna biləcək, amma mən şöhrət düşkünüyəm. Bütün günü insanların mənim haqqımda düşünməsi və danışması xoşuma gəlir. Uzun və şərəfsiz bir ömür sürməkdənsə, şöhrət içində qısa bir ömür yaşamaq istərdim. Mən sadəcə beləyəm.
Bu lənətə gəlmiş statusu əldə eləmək üçün mübarizə apardım. Ömrümün sonuna qədər bunun arxasınca gedəcəm. Mən bunu bilirəm. İstədiyimi əldə etdiyimi heç vaxt hiss etməyəcəyəm. Mənə həmişə nəsə çatmayacaq. Bundan başqa, mən ağrıya pərəstiş edən azsaylı insanlardan biriyəm”, - deyə Tayson bildirib.
Nizami Bağırov
Şərhlər