"Forbes” nəşri dünya milyarderlərinin növbəti reytinqini açıqlayıb.
Siyahıya Ermənistandan yalnız bir nəfər - separatçı Ruben Vardanyanın adı daxil edilib.
Hazırda onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir.
Siyahıda 2545-ci yeri tutan Vardanyanın ötən il ərzində sərvətinin azaldığı qeyd edilib.
Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX təcridxanasında saxlanılır və aparılan cinayət işi üzrə öz məhkəməsini gözləyir.//Oxu.az
Şərhlər