"Benfika"nın portuqaliyalı yarımmüdafiəçisi Anxel Di Maria Argentina millisində ən çox qol ötürməsi edən futbolçulırı siyahısında əfsanəvi Dieqo Maradonanı geridə qoyub.
Qaynarinfo xəbər verir ki, Di Maria El Salvadorla yoldaşlıq oyununda (3:0) məhsuldar ötürmə edib.
Onun aktivində hazırda 27 məhsuldar ötürmə edib. Bu göstəriciyə görə Di Maria ikinci yerdə qərarlaşıb. Maradona 26 məhsuldar ötürmə edib. Bu göstəricidə lider Lionel Messidir (54).
1984-1991-ci illərdə Maradona ikiqat İtaliya çempionu olduğu "Napoli"də oynayıb. O, həmçinin "Argentinos Xuniors”, "Boka Xuniors”, "Barselona”, "Sevilya” və "Newell's Old Boys” klublarında çıxış edib. 2010 Dünya Kubokunda məşqçi kimi Argentinanı 1/4 finala çıxarıb. Argentina millisinin heyətində 91 matçda iştirak edib, 34 qol vurub. 1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Növbəti dünya çempionatında forvard yarışın gümüş mükafatçısı olub.
Argentina millisi hazırkı dünya çempionudur.
Alpər
Şərhlər