Xəbər lenti

Deputatın tənqidinə spiker etiraz etdi:
Ölkə 12:22 01.11.2024

Deputatın tənqidinə spiker etiraz etdi: "Dediklərində fakt yoxdur"

"Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir ki, gedib rayonda işləsin?"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat qeyd edib ki, Məcburi qaydada həkimlərə təyinat verilməlidir:

"Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Səyyad müəllim (Səyyad Aran-red.) dedi ki, İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin".

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib:

"Heç olmasa, deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə danışın. Haradan bilirsiniz, həkim yoxdur?".
 
Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->