"Hipassenger" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin bu gün keçirilən ümumi yığıncağında qərar qəbul olunub.
Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini şirkətin qeydiyyatda olduğu ünvanına bildirə bilərlər.
Qanunvericiliyə əsasən, ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.
Qeyd edək ki, "Hipassenger" MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Milli Məclisin deputatı Səməd Seyidovun oğlu Urxan Səmədovdur. O, bundan əlavə 2008-ci ildə dövlət qeydiyyatına alınan "SNUR" şirkətinin də qanuni təmsilçisidir.
Şərhlər