Xəbər lenti

Deputat:
Ekonomiks 12:02 01.11.2024

Deputat: "Qatarlarda buna icazə verilmir, ciddi narazılığa səbəb olur"

"Gəncəyə və Qərb bölgəsinə müasir avtobusların və sürətli qatarların sayı artırılır. Lakin buna baxmayaraq, müəyyən texniki problemlər qalmaqdadır və diqqətimi bu problemlərin həllinə yönəltməkdir".

Qayarinfo xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, sürətli qatarlarla gedənlərə ikinci yükün və ya baqajın keçirilməsinə imkan verilimir, bu da sərnişinlərin ciddi narazılığına səbəb olur:
 
"Nəticədə qatara miniş zamanı çoxlu problemlər yaranır. Bir deputat kimi mən özüm də belə halların şahidi olmuşam. Bu istiqamətdə məsələ qaldırılsa da, həlli tapılmayıb. Elə olub ki, nəticədə özüm sərnişinin yükünün birini özümlə keçirməli olmuşam. Aidiyyəti qurumlar bunu bir şəxsin daha çox yük pulsuz yük daşımasının qarşısını almağa xidmət etməsi ilə izah ediblər"

Deputat təklif edib ki, ikinci və ya üçüncü yük üçün əlavə vəsait ödənilsin:

"Çünki insanlar tələbə övladalırının yanına və yaxud qonaq gedirlər və bu səbəbdən də əlavə baqajları olur. Ona görə də təklif edərdim ki, əlavə yük keçirmək üçün əlavə vəsait ödənilməsi tətbiq edilsin".

Qafqaz Rafiqoğlu




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->