Çexiyanın Avropa məsələləri üzrə naziri Martin Dvorjak hesab edir ki, Aİ yalnız federasiyaya çevrildikdə qlobal formatda bərabərhüquqlu oyunçuya çevriləcək.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Euractiv-ə eksklüziv müsahibəsində
bildirib.
"Aİ-nin dünyada rolu getdikcə artır, lakin əhalinin sayı və iqtisadi gücü nəzərə alsaq, o, güman etdiyimiz qədər güclü deyil", - deyə çexiyalı nazir bildirib.
"Bilirəm ki, bu, ümumiyyətlə, populyar deyil. Düşünürəm ki, yalnız Avropa Federasiyası və ya Avropa Birləşmiş Ştatları Avropanı Çin, ABŞ və ya Rusiya və Hindistan arasındakı oyunda həqiqətən bərabərhüquqlu tərəfdaşlar olacağı bir vəziyyətə gətirəcək", - Dvorjak deyir.
Dvorjak 2023-cü ilin mayında Avropa məsələləri üzrə nazir təyin edilib.
Çexiya hökumətinə Avropaya inteqrasiyanın dərinləşməsinə şübhə ilə yanaşan mühafizəkar baş nazir Petr Fiala rəhbərlik etsə də, Dvorjak açıq şəkildə avropapərəstdir ki, bu da Çexiya ictimai sferasında qeyri-adi haldır.
"Əgər mən özümü federalist kimi təyin etsəm, bu, şübhəsiz ki, mənim üçün mümkün bir seçim olardı, lakin digər tərəfdən, siyasi vəziyyətin hələ bunun üçün yetişmədiyini çox yaxşı başa düşürəm. Bunun nə vaxtsa yetişəcəyini də bilmirəm", - nazir bildirib.
Dvorjaka görə, Çexiyada Aİ ilə bağlı müzakirələr balanslaşdırılmış deyil və diskursda avroskeptiklər açıq şəkildə üstünlük təşkil edir, Aİ-nin faydalarını təbliğ edənlər isə kənarlaşdırılır.
Nizami Bağırov
Şərhlər