Azərbaycanda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhəti hazırda yaxşıdır.
Nazir həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.
Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.
Şərhlər