Ukraynalı jurnalist Yuri Butusov Rusiyanın Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə İkinci Dünya Müharibəsi zamanı alman qoşunlarının yandırılmış torpaq taktikası arasında paralellər aparıb.
Bu kontekstdə Butusov reyxsfuerer SS Henrix Himmlerin Ukrayna ərazilərində nasist işğalçı polisinin rəisi Hans Prutsmanna 1943-cü il tarixli məktublarını xatırladıb və qeyd edib ki, "Kaxovka bəndinin dağıdılması Putinin 80 ildən sonra Hitlerin yandırılmış torpaq taktikasının Ukraynada növbəti təkrarıdır”.
"Hörmətli Prutsman! Elə etmək lazımdır ki, Ukraynadan geri çəkilərkən orada bir nəfər də olsun insan, bir dənə də olsun heyvan, bir qram taxıl, bir metr də olsun dəmir yolu xətti qalmasın ki, nə bir ev, nə bir dənə şaxta, bir dənə quyu da qalsın. Düşmən tamamilə yandırılmış və viran olmuş bir ölkə almalıdır", - o, bir alman hərbi cinayətkarından sitat gətirib.
Jurnalistin fikrincə, raşistlər indi də özlərindən əvvəlki alman sələfləri kimi Ukraynanı sistemli şəkildə məhv etməklə məşğuldurlar.
"Putinin məqsədi, Hitler kimi, Ukraynanı zəiflətmək və müqaviməti dayandırmağa məcbur etmək üçün Ukraynanı yaşayışa yararsız hala gətirməkdir. Rusiyanın başqa siyasi məqsədləri yoxdur, hər şey yalnız buna tabedir. Ona görə də şəhərlərə, kəndlərə, bəndlərə, insanlara qarşı müharibə aparırlar. Rusiya həyata qarşı müharibə aparır, Putin bu müharibəni 21-ci əsrin Hitleri kimi aparır”, - o, yazısında vurğulayıb.
Mövcud məlumatlara görə, Rusiya Federasiyasının Kaxovskaya SES-də törətdiyi terror aktı nəticəsində Xersonun bir hissəsi və ətraf doqquz kənd su altında qalıb. Bundan əlavə, Dnepr çayının hər iki sahilində daha 80-ə yaxın yaşayış məntəqəsi risk altındadır.
Alpər
Şərhlər