Xəbər lenti

Bu il Azərbaycanda hansı bank bağlana bilər?
Ekonomiks 20:41 14.08.2024

Bu il Azərbaycanda hansı bank bağlana bilər?

"Bu ilin sonuna kimi Azərbaycanda hər hansı bir bankın bağlanılması gözlənilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə bankların heç birində ciddi ödəniş problemi yaşanmır:

"Amma bizdə praktikada belə şeylər olub, bəzən heç bir problemi olmayan bankların fəaliyyətini qəfildən dayandırıblar. Məsələn, 2020-ci ildə "NBCBank" ASC-nin lisenziyaları ləğv edildi, ötən il isə "Günay Bank" bağlandı. Bankların bağlanması üçün ciddi əsas olmalıdır". 

Əkrəm Həsənov hazırda fəaliyyətdə olan bütün bankların problemli kreditləri olduğunu vurğulayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->