"Xırdalan şəhərində kirayə evlərin qiyməti ucuzlaşıb".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, avqust ayında Xırdalanda kirayə evlərin orta qiyməti 401 manat 25 qəpik olub:
"İyul ayında isə Xırdalan şəhərində kirayə mənzil bazarında orta qiymət 416 manat 67 qəpik təşkil edib. Ötən ayla müqayisədə qiymət bir az aşağı düşüb. Düzdür, əmlak bazaları fərqli olduğundan qiymətər də fərqlidir. Bizim bazaya görə, evlərin kirayə qiyməti ötən ayla müqayisədə 3, 6% aşağı düşüb".
Evlərin alqı-satqısına gəlincə, Nüsrət İbrahimov sözügedən ərazidə qiymətlərin iyun ayına nisbətən 2,65% artım olduğunu vurğulayıb.
Bahar Rüstəmli
Şərhlər